Azərbaycanda bir gündə 502 nəfər koronavirusdan sağaldı - 526 yoluxma, 8 ölüm
Kürdə 3 nəfər batıb
Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək
ABŞ-da rekord sayda yoluxma qeydə alındı
Jurnalistlərin 3-cü binası hazırdı- Mənzillər kimlərə veriləcək?
29.06.2020 14:35
Bölmə:Xəbər 111 dəfə oxunub

Bakının Bibiheybət qəsəbəsində tikilən 3-cü “Jurnalist binası” istifadəyə demək olar ki, hazırdı.

Modern.az-ın məlumatına görə, bu günlərdə bir neçə dəfə binaya baş çəkən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yeni rəhbərliyi aparılan yekun tamamlama işlərinə nəzarəti gücləndirib.

Hələlik 3-cü “Jurnalist binası”nın açılış mərasiminin nə vaxt olacağı məlum deyil.

Əməkdaşımız bununla bağlı KİVDF-dən hər hansı məlumat almağa çalışsa da, cavab verilməyib.

Sosial şəbəkələrdə isə mətbuat nümayəndələrinin bina ilə bağlı müzakirələri daha da qızışıb. Kimi mənzillərin verilməsi şərtlərinin dəyişdirilməli olduğunu düşünür, kimi isə bununla bağlı yeni təkliflər irəli sürür.

Görünən odur ki, yeni binadakı mənzillərə iddialıların sayı həddindən artıq çoxdur. Onların arasında gənclər də, orta nəsildən olanlar da, ahıl jurnalistlər də, mediada çalışan texniki işçilər də var.

Hamını düşündürən “mənzillər hansı şərtlərlə veriləcək”, “3-cü bina Milli Mətbuat günündə paylanacaqmı” kimi suallara isə hələ ki heç kim cavab verə bilmir.

Məlumata görə, KİVDF-inin lap yaxın günlərdə 3-cü bina ilə bağlı məsələyə aydınlıq gətirəcəyi gözlənilir.

Jurnalistlər üçün tikilən 3-ci binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.