Azərbaycanda bir gündə 502 nəfər koronavirusdan sağaldı - 526 yoluxma, 8 ölüm
Kürdə 3 nəfər batıb
Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək
ABŞ-da rekord sayda yoluxma qeydə alındı
COVID-19 vaksini Çində istifadə edilməyə başlanılıb
29.06.2020 15:30
Bölmə:Xəbər 55 dəfə oxunub

Çində sınaq müddətində olan COVID-19 vaksini orduda istifadə edilməyə başlanılıb.

Yenisabah.az xəbər verir ki, Çinin inin peyvənd istehsalçısı olan şirkətlərindən biri "CanSino Biologics" Çin Xalq Qurtuluş Ordusunun nəzdində fəaliyyət göstərən tibbi araşdırma institutu ilə birgə yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd hazırlanıb. Ölkədə ən yüksək hərbi idarəetmə müxanizmi olan Çin Mərkəzi Hərbi Komissiyası vaksinin orduda istifadə edilməsi ilə bağlı icazəni təsdiq etdiyi açıqlanıb.

SİA yazır ki, Çin Mərkəzi Hərbi Komissiyasından 25 iyun tarixində razılıq əldə etdiklərini açıqlayan "CanSino Biologics" təsdiq sənədinin bir il ərzində qüvvədə olacağını bildirib. "Ad5-nCoV" adlı peyvəndin daha əvvəl ölkədaxili və xaricdə insanlar üstündə aparılmış klinik sınaqlarda müvəffəqiyyət əldə etdiyi və peyvəndin təhlükəsiz, həmçinin təsirli olduğu sübut olunub.

"CanSino Biologics"dən verilən açıqlamada bu müddət ərzində yalnız hərbçilər üçün təsdiqlənmiş peyvəndin Çin Mərkəzi Hərbi Komissiyasının razılığı olmadan geniş tətbiq edilə bilməyəcəyi qeyd edilib.