“2021-ci ilədək vaksin gözləməyin” - ÜST-dən bədbin PROQNOZ
Erməni politoloqdan Paşinyana XƏBƏRDARLIQ: - “Tarixi şok demək olar ki, qaçılmazdır”
Bəynəlxalq təşkilatlardan və konqresdən Azərbaycana - DƏSTƏK
Atam Bakıda “Ağdam bağı” salıb… - Ağdam köçkünü Teyyub Hüseynov
Baş nazirdən təhsillə bağlı yeni - QƏRAR
07.07.2020 15:05
Bölmə:Xəbər 70 dəfə oxunub

Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edilib.

Modern.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əvvəlki qərarın 1-ci hissəsində, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı təsdiq edilmişdi. 

Baş nazir Əli Əsədovun yeni qərarı isə təhsil xərclərinin illik miqdarını müəyyənləşdirir.

Qərarda, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana illik xərclərin miqdarı göstərilib.

Sənəddə ayrı-ayrı elm sahələri üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin doktorantura səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı təsdiqlənib. Lakin burada dissertantlıq istisna təşkil edir.

 

İllik xərclər üzrə cədvəlləri təqdim edirik: