“2021-ci ilədək vaksin gözləməyin” - ÜST-dən bədbin PROQNOZ
Erməni politoloqdan Paşinyana XƏBƏRDARLIQ: - “Tarixi şok demək olar ki, qaçılmazdır”
Bəynəlxalq təşkilatlardan və konqresdən Azərbaycana - DƏSTƏK
Atam Bakıda “Ağdam bağı” salıb… - Ağdam köçkünü Teyyub Hüseynov
Prezident iki yeni nazir - TƏYİN EDƏCƏK
16.07.2020 14:15
Bölmə:Siyasət 56 dəfə oxunub

Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindən azad edib.


Ölkə başçısının digər sərəncamı ilə Ceyhun Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.

Modern.az xəbər verir ki, bu təyinatdan sonra iki mərkəzi icra hakimiyyəti orqanının – Mədəniyyət və Təhsil nazirliklərinin rəhbəri vəzifəsi boşalıb.

İndi ölkə ictimaiyyəti Mədəniyyət və Təhsil naziri postlarına kimlərin gətiriləcəyini maraqla gözləyir.

Xatırladaq ki, Mədəniyyət naziri Əbülfəs Qarayev bu il mayın 21-də tutduğu vəzifədən azad edilib.

Buna Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində korrupsiya faktlarını aşkarlaması səəb olmuşdu.

Elə Elmar Məmmədyarovun da bu gün Xarici İşlər naziri vəzifəsindən çıxarılması Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində aşkarladığı maliyyə pozuntularından sonra gerçəkləşdi.