Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
Gənc yazarın kitabı təqdim edildi
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş...
Təbrizə giriş-çıxış qadağan edildi
04.11.2020 12:58
Bölmə:Güney xəbərləri 345 dəfə oxunub

Pandemiya ilə əlaqədar Təbriz şəhərinə nəqliyyatın giriş-çıxışı qadağan edilib.

Versiya.az APA-nın Tehran bürosuna istinadla xəbər verir ki, Şərqi Azərbaycan vilayətinin qubernatorunun siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlyar Rastqu dünəndən etibarən 4 gün ərzində Təbriz şəhərinə giriş-çıxış məhdudiyyətinin tətbiq olunduğunu açıqlayıb.

Ə. Rastqu vilayətin 10 şəhərində kəskin pandemiya şəraitinin hökm sürdüyünü vurğulayıb. O qeyd edib ki, Azərşəhr, Culfa, Çaroymaq, Əcəbşir, Marağa, Mərənd, Əhər, Şəbistər, Bunab və Miyana rayonlarında iki, üç və dördüncü peşə qruplarının fəaliyyətinə 10 gün müddətinə qadağa qoyulub: “Həmin dövrdə Təbriz şəhərində üç və dördüncü kateqoriya peşə qruplarına məhdudiyyətlər tətbiq olunacaq və bu məhdudiyyətlər Təbrizdə və digər şəhərlərdə uzadıla bilər”.

 

Onun sözlərinə görə, qanunu pozanların barəsində qanunvericiliyə uyğun tədbir götürüləcək.

reklam