Ay Laçın… - Azər Qaraçənlinin 19 il öncə yazdığı yazı
İranda yoluxma sayı yenidən artdı
Çəkməçi oğlu, uğursuz rəssam, şokolad “xəstəsi” - Adolf Hitler
İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək? - AÇIQLAMA
Şuşada yaralanan əsgər: "Vətənə canım da qurbandır" - FOTOLAR
11.11.2020 23:28
Bölmə:Fotosessiya 136 dəfə oxunub

Elvin Rəsulov Azərbaycan Ordusunun 44 gün ərzində zəfərlə bitirdiyi İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, 1998-ci ildə İsmayıllı rayonunun Mican kəndində dunyaya gəlib. Ali təhsilli olan Elvin Rəsulov üç ay əvvəl Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən hərbi xidmətə cağırılıb.

Versiya.az xəbər verir ki, Elvin Rəsulov döyüşlərdə iştirak ediyi müddətdə bir neçə dəfə yaralanmasına baxmayaraq, hər dəfə də ambulator yardım aldıqdan sonra könüllü olaraq döyüş bölgəsinə yollanıb.

O, bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmək çoxdankı arzusu olub: "Şükür ki, arzum gerçəkləşdi. Düzü, döyüşlərdə bir neçə dəfə yaralansam da, hərbi hospitalda ambulator yardım almışam. Hər dəfə həkimlər bildirirdi ki, vaxtında müalicə olunmasan, yaralar fəsadlar törədə bilər. Ancaq cəbhədə döyüş gedə-gedə xəstəxanada qala bilməzdim. Ona görə də könüllü olaraq cəbhəyə getdim. Sonuncu dəfə Şuşa şəhəri uğrunda gedən savaşda şəhid olan döyüş yoldaşımın nəşini ərazidən uzaqlaşdıran zaman mina bir neçə metrliyimdə partladı. Başımdan və sol ayağımdan yaralansam da, şəhid döyüşçü yoldaşımın nəşini kəndirlə belimə bağlayaraq ərazidən uzaqlaşdırmağa çalışdım.

 

 
 

Yaralı ayağımı baldır hisəsindən bərk sıxaraq qanaxmanın qarşısını aldım. Komandir yaralandığımı gördü, əsgərlərə məni və əsgər yoldaşımın nəşini hərbi hospitala aparmağı tapşırdı. Məni hərbi hospitala gətirdilər. Həkimlərə təşəkkür edirəm ki, mənə göz bəbəyi kimi baxdılar.

Hazırda müayinəmi davam etdirirəm. Həkimlərmiz ayağımı müayinə edəcəklər və onun amputasiya olmağına ehtiyac olmayacaq. Ehtiyac olsa, canım da Vətənə qurbandır".

Yaralı əsgərimizin anası deyir ki, oğlu ilə qurur duyur: "Mən bir əsgər anası kimi özümü hər bir şeyə hazırlamışdım. Şükür ki, oğlum bu gün yanımdadır. Bütün şəhid analarına səbr diləyirəm".

 

 
 

Qeyd edək ki, İsmayıllı sakinləri hər gün yaralı əsgərimizin görüşünə gələrək ziyarət edirlər. Elvinin vaxtilə sinif rəhbəri olmuş Şəfaqət Rəsulov deyir ki, o, məktəb illərində vətənpərvər, cəsur, mərd oğlan olub: "Fəxr edirəm ki, cəbhədə edə bilmədiklərimizi şagirdlərimiz edir. İşğal altında olan müqəddəs torpaqlarımızı işğaldan azad edirlər. Var olsun belə igid oğullarımız. Yaşasın Azərbaycan Əsgəri!"