Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı - RƏSMİ
Təqiblərə məruz qalan məşhur ŞUŞALI - ARAŞDIRMA
Tofiq Zülfüqarov Türkiyə hərbçilərinin gəlməsini istəyənləri “xroniki axmaq” adlandırdı
“Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...”
Füzulidən Şuşaya yol çəkilir
17.11.2020 13:02
Bölmə:Sosial 107 dəfə oxunub

Füzuli şəhərindən Şuşa şəhərinə yol çəkilir.

Versiya.az-ın məlumatına görə, artıq yolun çəkilişinə start verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda layihənin icrasının gedişi ilə tanış olublar.

Dövlət başçısı qeyd edib ki, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür:

“Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur".

Prezident bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib:

“Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Eyni zamanda bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.

Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Və deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min km-dən çox avtomobil yolu çəkilibdir. Yollar da keyfiyyətlidir. Bu göstəriciyə görə, Azərbaycan dünyada qabaqcıl yerlərdədir”.