“Xocavənddə faşistə heykəl qoyanların cavabı veriləcək” - Elman Məmmədov
Elçin Əfəndiyevin qızı hakim təyin ediləcək
Qarabağda tikiləcək “Smart city” və “Smart Village” nə deməkdir?
“Qarabağla bağlı 10 noyabr bəyanatı ardıcıl icra olunur” - Putin
Tanınmış həkimdən koronavirusla bağlı vacib- MƏSLƏHƏT
29.11.2020 22:29
Bölmə:Gündəm 459 dəfə oxunub

Tanınmış həkim, Azərbaycan Həkimləri İctimai Birliyinin üzvü Aydın Əliyev özünün sosial şəbəkə hesabından dünyanı cənginə alan COVİD 19 – koronavirusla bağlı fikirlərini açıqlayıb. O, vətəndaşlara virusla mübarizə aparmaq üçün çox vacib tövsiyələrini bildirib.

Versiya.az vacib olan həmin məsləhəti təqdim edir: 

"Covid-19-a yoluxma halları çox artıb, əksər insanlar panikadadır, tövsiyələrimiz:

1. Qorxmayın! Qorxu, panika, stress immun sistemi çox zəiflədir!

2. 80-90%-ə qədər insanlar bu xəstəliyi yüngül keçirir.

3. Temperatur 38,5-dən azdırsa, ciddi halsızlıq, boğulma, təngnəfəslik yoxdursa, KT müayinəsində ağciyərlərdə buzlu şüşə mənzərəsi 15%-dən azdırsa antibiotiklər, deksametazon qəbul etməyin, sistemlər qoşdurmayın!

4. Bu dərmanlar orqanizmi zəiflədir!

5. Nə qədər xəstələr bunları lazım olmadığı halda edib özlərini ağırlaşdırıblar!

6. Başağrısı, boğaz qıcıqlanması, əzələ ağrıları, burun qıcıqlanması, t-un 38,5-ə qədər yüksəlməsi, yüngül halsızlıq, iybilmə və dadbilmə hisslərinin pozulması, yüngül öskürək xəstəliyin yüngül əlamətləridir qorxmayın!

7. Bu yüngül əlamətlər olduqda əgər şəkərli diabet, hipertoniya, orqan transplantasiyası və yanaşı ağır xəstəliyiniz yoxdursa limon, çoxlu zoğal, moruq mürəbbəli çay, soğan sarımsaq və günəş az olduğu üçün vit d qəbul edə bilərsiz profilaktik dozada.

8. Yox əgər t 38,5-dən çoxdursa, boğulma, təngnəfəslik, KT müayinəsində buzlu şüşə 20% və daha çoxdursa, şəkərli diabet və ya yanaşı ağır xəstəliyiniz varsa özbaşına müalicələr etməyin, ya təcili yardıma zəng edin, ya da covidlə məşğul olan həkimlə məsləhətləşin!

9. Tibbi maska geyinək, ara məsafəsi saxlayaq, əl ilə görüşməyək, öpüşməyək, qucaqlaşmayaq, əl gigiyenasına riayət edək!"

reklam