“Xocavənddə faşistə heykəl qoyanların cavabı veriləcək” - Elman Məmmədov
Elçin Əfəndiyevin qızı hakim təyin ediləcək
Qarabağda tikiləcək “Smart city” və “Smart Village” nə deməkdir?
“Qarabağla bağlı 10 noyabr bəyanatı ardıcıl icra olunur” - Putin
"İkinci Komandante" Uqo Çavesin məşhur aforizmləri
02.12.2020 22:44
Bölmə: 175 dəfə oxunub
Versiya.az Venesuela inqilabçısı, dövlət xadimi, "V Respublika Uğrunda Hərəkat Partiyası", sonralar "Venesuela Vahid Sosialist Partiyası"nın sədri, Venesuelanın prezidenti (1999-2013), Ernesto Çe Gevaradan sonra bütün Latın Amerikasında "İkinci Komandante" hesab olunan, özünü Simon Bolivarın xələfi hesab edən Uqo Çavesin məşhur aforizmlərini təqdim edir.
 
  • "Biz siyasi sonsuzluqdan əziyyət çəkirik. Bizə siyasi viaqra lazımdır".
  • "Nə demələrindən asılı olmayaraq, roma papaları Tanrının yerdəki canişinləri deyil. Məsih səfirlərə ehtiyac duymur, o insanlar içində yaşayır".
  • "Ya birbaşa cəhənnəmə yol açan kapitalizmi, ya da yerdə Tanrının cənnəti olan sosializmi qurmalıyıq"
  • "Vətən, sosializm və ölüm. Məsihə and olsun - tarixdəki ən böyük sosialistə".
  • "Marsda şübhəsiz həyat vardı. Amma o öz inkişafı ilə imperializm həddinə çatdı və onun sayəsində məhv edildi".
  • "Bu gün insanlar düşünür: "Qızımın 15 yaşı tamam oldu, gərək ona döşlü implant hədiyyə edim". Bu necədə dəhşətdir, ədəbsizlikdir! Bu ki, Qərb bütpərəstlərinin bizə zorla yeritmək istədikləridir. Onlar içərisində "Barbie" gəlinciyi xüsusi seçilir. Məhz onun sayəsində gənc zərif cins nümayəndələri plastik cərrahların bıcaqları altına düşür".
  • "Mən savanalı tikan kimiyəm. Çiçəklənən zaman dostlarıma ətir bəxş edirəm. Düşmənlərim mənə toxunanda isə onlara tikanlarımı batırıram".
  • "Kuba xoşbəxtlik dənizidir. Venesuela onun yoluyla gedəcək".
  • "Mənimlə işin olmasın Kondoliza, mənə yaxınlaşma qızcığaz".
  • "Diyirlənin cəhənnəmə! Murdar yankilər"!
  • "Nə zamankı imperializm öz zəifliyini hiss edir, kobud gücə əl atır".
  • "And içirəm ki, durmadan, yorulmadan, gündüzlər və gecələr, bütün ömrüm boyu Venesuela sosializmini, yeni siyasi sistemi, yeni sosial sistemi, yeni iqtisadi sistemi quracam".
  • "SSRİ-də Lenin ilə Trotskinin ideyaları tərəfindən əsası qoyulan sosializm olmayıb. Əsas da Stalin irəli çəkiləndə".
  • "Ey İsa Məsih, öz göyəm çələngini mənə ver, qanım axsın, mənə öz xaçını ver, 100 xaçını və mən sən üçün onları daşıyacam. Amma mənə həyat bəxş et, çünki öz xalqım və ölkəm üçün edəcəklərim çox şey var".


Müəllif: Abdulla İsmayıl

reklam