Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Paşinyanın arvadı bu hərəkətləri ilə erməniləri qıcıqlandırır - Foto
Azərbaycan güləşçisi ermənini məğlub etdi
17.12.2020 16:23
Bölmə:İdman 78 dəfə oxunub

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

Versiya.az-ın məlumatına görə, bu gün 57, 70, 74, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Azərbaycan güləşçisi Əhmədnəbi Qvarzatilov 1/8 finaldan mübarizəyə başlayıb. 61 kq çəki dərəcəsində çıxış edən güləşçimizin ilk rəqibi Fransa ermənisi Arman Eloyan olub.

Dünya Kubokuna uğurla başlayan təmsilçimiz erməni rəqibini 9:5 hesabı ilə məğlub edib. Bununla da Əhmədnəbi 1/4 finala yüksəlib. Erməni isə medal qazanmaq üçün Azərbaycan idmançısına azarkeşlik etməlidir. Çünki təmsilçimiz finala yüksəlsə, Eloyan təsəlliverici mərhələdə güləşmək hüququ qazanacaq.

Qeyd edək ki, 1/4 və 1/2 final mərhələsi bu gün, həlledici qarşılaşmalar sabah baş tutacaq. (Yenisabah.az)

reklam