Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Paşinyanın arvadı bu hərəkətləri ilə erməniləri qıcıqlandırır - Foto
Erməni “namus”u
05.01.2021 22:31
Bölmə:Ədəbiyyat 117 dəfə oxunub

Ərəb mənşəli "namus" sözü Azərbaycan türkcəsi vasitəsi ilə erməni dilinə də keçib.


Şamaxıda doğulub böyüyən erməni yazıçısı Aleksandr Şirvanzadənin məşhur romanı "Namus" adlanır. Bu roman əsasında çəkilmiş ilk erməni bədii filminin adı da "Namus"dur.


Deyəsən, bir az uzaqdan başladım.


1987-ci ildə keçirilən sonuncu beynəlxalq tərkibli Vaqif poeziya günlərində (inşallah, bu ildən bərpa olunur) İrəvandan gələn iki erməni şairi də iştirak edirdi. Biri gənc qızını da özü ilə gətirmişdi.


Bakıya qayıtdığımız gün Göyçayda dayandıq. Anar müəllim əvvəlcədən zəng vurmuşdu. Yol kənarındakı restoranda lazımi hazırlıq görmüşdülər. Həmin axşam qonaqların bir qismi yola düşəcəyindən bu həm də bir növ vida məclisi idi.


Hamı sağlıq deməyə, təəssüratını bölüşməyə çalışırdı.


Qızı ilə gələn erməni də (adını unutmuşam, hansısa jurnalın redaktoru idi) söz istədi və təxminən belə bir "nitq" söylədi.


"Arvadım biləndə ki, Anuş da (məsəl üçün!) mənimlə getmək istəyir, dəli oldu. Dedi ki, sənin başın xarab olub, cavan qız uşağını hara aparırsan? Siz şairlər səhərdən axşama kimi araq şüşəsindən ayrlmırsınız, sonra da bilən olmur ki, kim harada gecələyib, kim kimnən yatıb. Yox mən qızımı buraxa bilmərəm".


Dedim, "Axçi, əvvəl fikirləş, gör, hara gedirik. Yaxşı yadında saxla - Azərbaycana gedirik. Azərbaycanlılarla bizim eyni anlayışımız var: namus! Lap tək də getsə, Azərbaycanda heç kəs sənin qızına əyri gözlə baxmaz, əksinə, əyri baxanın gözünü basıb çıxararlar. Düzlükdə, dostluqda, namus məsələsində azərbaycanlılar bütün dünyaya nümunədir" və s. və i.a. Uzun-uzadı bir dostluq nağılı...


Üstündən 3-4 ay keçəndən sonra bu "namus aşiqinin" öz jurnalını Azərbaycana qarşı mübarizə platformasına çevirərək namussuzların ön cərgəsində getdiyini eşidəndə əvvəlcə bir az təəccübləndim, amma erməni xislətinə bələd olandan sonra təəccübə yer qalmadı...


Vilayət Quliyev

reklam