“Xocavənddə faşistə heykəl qoyanların cavabı veriləcək” - Elman Məmmədov
Elçin Əfəndiyevin qızı hakim təyin ediləcək
Qarabağda tikiləcək “Smart city” və “Smart Village” nə deməkdir?
“Qarabağla bağlı 10 noyabr bəyanatı ardıcıl icra olunur” - Putin
Leylanı öldürən qardaşı imiş - Şabranda dəhşət
07.01.2021 11:00
Bölmə:Kriminal 131 dəfə oxunub

31 avqust 2020-ci il tarixdə, saat 21 radələrində Şabran rayonu ərazisində Musayıbova Leyla Oktay qızının öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Versiya.az xəbər verir ki, Şabran rayon prokurorluğundan “Yeni Sabah”a daxil olan xəbərdə bildirilir ki, istintaqla zərərçəkmişin qardaşı Abdulov Elşən Oktay oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Leyla Musayıbovanı Samur-Abşeron su kanalının üzərində yerləşən körpüdən suya ataraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

reklam