Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Paşinyanın arvadı bu hərəkətləri ilə erməniləri qıcıqlandırır - Foto
Jurnalistin maşını qarət edildi- Foto
07.01.2021 11:10
Bölmə:Kriminal 84 dəfə oxunub

Jurnalist İlham Məmmədzadənin avtomobili qarət edilib.

Versiya.az xəbər verir ki, o bu barədə feysbuk hesabında məlumat verib.

İ. Məmmədzadə qeyd edib ki, hadisə Sumqayıt şəhərindəki 36-cı məhəllədə baş verib. Onun sözlərinə görə, son 2 ildə ikinci dəfədir ki, belə hadisə ilə qarşılaşır: "Bunun səbəbi isə çox sadədir. Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsindən bu kimi hallara baxılmır. Polis rəsmi şəkildə bildirir ki, dəymiş ziyan 5 000 manatdan aşağı olduğu üçün cinayət işi açılmır".

Jurnalist əlavə edib ki, təqribən 10 gün öncə də qonşu məhəllədən bir dostunun avtomobilini oğurlayıblar. 

reklam