SMS icazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən...
Son sutkada koronavirus yoluxanların sayı - AÇIQLANDI
Görüş başa çatdı, Paşinyan geri çəkilmədi
Hərbçilərimiz təlim üçün Türkiyəyə yollandı - Fotolar
İşğaldan azad olunan torpaqlarımızda yeni inkişaf modeli qurulacaq
19.01.2021 10:50
Bölmə:İqtisadiyyat 200 dəfə oxunub

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında çıxışı zamanı bildirib ki, “azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin”. Göründüyü kimi, işğaldan azad olunan torpaqlarımızda yaradılacaq inkişaf modeli həm beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalaşması, həm də iqtisadi menecmentin müasir çağrışlara uyğun qurulmasını özündə ehtiva edəcək”.

Versiya.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında deyib. Onun sözlərinə görə müasir standartlara uyğun beynəlxalq hava limanı, yollar və bir sıra digər infrastrukturun formalaşması istiqamətində işlər də başlayıb: “Bu, eyni zamanda, iqtisadi idarəetmə baxımdan da yeni modelin formalaşması anlamına gəlir. Bu model isə cənab Prezidentin qeyd etdiyi kimi növbəti mərhələdə digər ərazilərimizə transfer ediəcək.

İqtisadi potensial baxımdan qeyd etmək lazımdır ki, 2019-cu ildə Yuxarı Qarabağ iqtisadi rayonu 637 milyon 70 min manat, o cümlədən Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib. Dörd rayonu əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Yeddi rayonumuzun cəmləşdiyi Yuxarı Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faizdir. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmli deyil və 27 ildən çox davam edən erməni işğalı nəticəsində böyük iqtisadi potensialdan faydalanmaq mümkün olmayıb.

Yeni model formalaşandan sonra isə işğaldan azad olunan ərazilərimiz ölkədə iqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcək”.

reklam