Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi - RƏSMİ
Prezident Administrasiyasının rəhbəri azad edilmiş ərazilərlə bağlı toplantı keçirdi
Ermənistan parlamentinin eyvanlarında snayperlər görüntüləndi- Video
Qazinin görmə qabiliyyəti bərpa edildi
Füzulidə məhv edilmiş düşmən texnikaları - - FOTOREPORTAJ
17.02.2021 11:15
Bölmə:Günün Fotosu 212 dəfə oxunub
44 günlük Vətən müharibəsində Ermənistan ordusunun xeyli sayda döyüş texnikası məhv edilib və ya qənimət götürülüb. Düşmənin sıradan çıxarılan hərbi texnikalarının bir çoxu ötən ilin dekabrında Bakıda keçirilmiş Zəfər paradında nümayiş olunub, digərləri hələ də döyüş meydanında qalır.
 
Versiya.az xəbər verir ki, Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi isə Bakıda Hərbi Qənimətlər Parkına gətirilib. Park hazır olduqdan sonra ərazidə hərbi qənimətləri seyr etmək mümkün olacaq.

İkinci Qarabağ müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarının statistikasına yenidən nəzər yetirək:

Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

Bir vaxtlar Ermənistan rəsmilərinin ağızdolusu danışdığı hərbi texnikalar Vətən müharibəsindən sonra onların məğlubiyyət simvoluna çevrildi. Bu gün işğaldan azad edilmiş ərazilərdə ermənilərdən "xatirə" qalan yüzlərlə belə dağılmış, külə dönmüş döyüş texnikalarını görmək olar.

Azvision.az-ın  əməkdaşlarının Füzuliyə səfəri zamanı lentə aldıqları kadrlardan bir neçəsini təqdim edirik:



































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov


reklam