Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı
“Azərsu”dan içməli su probleminin həlli ilə bağlı yeni layihə - Fotolar
Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Hərbi Qənimətlər Parkına giriş ödənişlidir?
11 yaşlı qızı nişanlayan valideynlər polisə çağırıldı
02.03.2021 11:41
Bölmə:Xəbər 85 dəfə oxunub

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisinin Poniçala (Soğanlıq) kəndində nişanlanan 11 yaşlı azərbaycanlı qızın valideynlərinə xəbərdarlıq edib.

Versiya.az lent.az-a istinadla xəbər verir ki, hər iki tərəfin valideynləri polis idarəsinə çağırılıb. Onların izahatları alınıb və sərbəst buraxılıblar. Valideynlərə qızın 18 yaşı tamam olana qədər nikaha girməsinin qanunla qadağan olunduğu bildirilib.

Əks halda bu nikaha görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməli olacağı qeyd edilib.

Qeyd edək ki, bu il fevralın əvvəlində Gürcüstanın Tblisi şəhərində, Poniçala (Soğanlıq) kəndində 11 yaşlı azərbaycanlı qızı öz qohumu ilə nişanlayıblar. Sosial şəbəkədə yayılan nişan videosu izləyicilərin böyük narazılığına səbəb olub.

reklam