“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
Bu ordunun qarşısında heç kim dayana bilməzdi - Xaindrava
Siyasi partiya liderləri Şuşaya gedəcək
Türk dünyası birgə mübarizəyə başlayır
Gorus-Qafan yolundan son görüntü - Video
10.09.2021 11:04
Bölmə:Xəbər 201 dəfə oxunub

Vətən müharibəsindən sonra Azərbaycan ordusu digər ərazilərlə yanaşı, Şurnux kəndinə də nəzarəti bərpa edib.

Şurnux kəndinin erməni işğalından azad edilməsi isə Azərbaycan ordusunun Gorus-Qafan yolunun 21 kilometr zolağına nəzarət etməsi ilə nəticələndi.

Bu gün Gorus-Qafan yolunda Azərbaycan hərbçiləri ilə yanaşı, Azərbaycan polisi də xidmət edir, artıq polis postu qurulub.

Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur.

Azərbaycan polisi Gorus-Qafan yolunda növbətçilik çəkir, Çevik Polis Alayı da əraziyə cəlb olunub.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən deyə bilərik ki, Azərbaycan polisi başında dəbilqə, əynində zirehli gödəkçə, əlində silah xidmət aparır.

Həmin videogörüntünü təqdim edirik:

Oxu.az

reklam