Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
Alı Alıyev 15 yaşlı qızı xilas edən gənclə görüşdü - Foto
23.09.2021 13:59
Bölmə:Sosial 749 dəfə oxunub

Sentyabrın 22-də Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kənd sakini olan 15 yaşlı Allahverdiyeva Rəsmiyyə Dərgah qızı Baş Mil Kanalının bu rayonun Mahmudlu-2 kəndi ərazisindən keçən hissəsində ehtiyatsızlıqdan kanala yıxılıb.

Füzuli Beynəlxalq Hava Limanında operator (kran sürücüsü) işləyən, 1994-cü il təvəllüdlü Qəbələ rayon sakini Seyidov Anar Əhliman oğlu fədakarlıq göstərərək kanalda boğulmaqda olan qızın həyatını xilas edib.

Füzuli Rayon İcra Hakimiyyətindən Versiya.az-a verilən məlumata görə, icra başçısı Alı Alıyev Anar Seyidovu qəbul edərək göstərdiyi fədakarlığa görə öz təşəkkürünü bildirib.

 

 

 

reklam