Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
Məcburi köçkünlər dövlət başçısına minnətdardırlar- Video
30.09.2021 16:52
Bölmə:Sosial 135 dəfə oxunub

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü ilə əlaqədar Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibədə məcburi köçkünlərin 30 illik yurd həsrətindən danışıb.  

Versiya.az xəbər veri ki, Dövlətimizin başçısı deyib ki, onlar nə qədər əzab-əziyyət çəksələr də, sınmayıblar, möhkəm dayanıblar. Bunu söyləyərkən ölkəmizin rəhbərinin mütəəssir olması onunla söhbətləşən türkiyəli jurnalisti də təsirləndirib. Müsahibənin bu anı xüsusilə geniş ictimai rezonans doğurub. Məcburi köçkünlər onlara daim diqqət və qayğı göstərən  Prezident İlham Əliyevə, hər zaman onların müraciətlərinə, problemlərinin həllinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdardırlar. 

Dövlətimizin başçısının müsahibəsinə münasibət bildirmək istəyən məcburi köçkünlərlə söhbət əsasında hazırladığımız videoçarxları təqdim edirik.

 


    

reklam