Polis şöbəsindəki qətlə görə general-polkovnik orqandan qovuldu
Prezident İlham Əliyevin müsahibəsi İtaliya mətbuatında
Arvadını və baldızını bıçaqlayan kişiyə yüngül cəza verildi
Sənaya təcavüzdə ittiham edilən xalası oğlunun məhkəməsi başladı
Sərhəddəki təxribat ermənilərə baha başa gəldi: - 3 hərbçi məhv edildi
12.01.2022 10:24
Bölmə:Gündəm 69 dəfə oxunub

Ermənistan Müdafiə Nazirliy Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində təxribat törədirkən zərərsizləşdirilən daha bir erməni hərbçi ilə bağlı məlumat yayıb.

Versiya.az xəbər verir ki, zərərsizləşdirilən erməni hərbçi 2003-cü il təvəllüdlü sıravi əsgər Vahan Babayandır.

Bununla da məhv edilən erməni hərbçilərinin rəsmi formada etiraf olunan sayı 3-ə çatıb.

İddialara görə isə düşmənin itkisi daha çoxdur. Sərhəddə baş verən insident zamanı 8 erməni hərbçisinin məhv edildiyi bildirilir. Sadəcə, Ermənistanın rəsmi dairələri həmişə olduğu kimi yenə faktı gizlətməklə məşğuldur.  

Qeyd edək ki, ötən gün günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyətin gərginləşməsində Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olub. Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində düşmən itki verərək geri çəkilib. 

reklam