Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Memorandum strateji əhəmiyyət daşıyır
Goranboyda ağır qəza - Ana öldü, oğlu yaralandı
İlham Əliyev Emoməli Rəhmona zəng etdi
Yoluxma kəskin azaldı
Ərdoğan Rusiyanı niyə dəstəkləyir- ŞƏRH
12.09.2022 10:14
Bölmə:Siyasət 166 dəfə oxunub

Son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və prezident Vladimir Putinə dəstək çıxışları Avropa ölkələrinin qəzəbinə tuş gəlib. Bəzi ekspertlərin fikrincə, Ərdoğan Putinin Qərblə bağlı iradlarında haqlı olduğunu deməklə, "Moskvanın yanındayıq" mesajını verib. 

“Rusiyadan hələlik taxıl daşınmır. Ona görə də Rusiya Prezidenti Vladimir Putin iradında haqlıdır. Digər tərəfdən, Ukraynadan taxıl kasıb yox, zəngin ölkələrə daşınır. Kasıb ölkələrə də taxıl göndərilməlidir. Eyni zamanda, biz istəyirik ki, Rusiyadan da taxıl daşınsın. Bunu gözləyirik. Səmərqənddə Putinlə bu məsələni müzakirə edəcəyik”, - Ərdoğan ötən həftə mediaya açıqlamasında deyib. 

Ərdoğanın Rusiyaya dəstəyi nədən irəli gəlir? 

Bu barədə Modern.az-a danışan rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin Türkiyə rəhbərliyinin ağıllı siyasi gediş etdiyini və prezident Ərdoğanın Rusiyanı qarşısına almayacağını bildirib. 

Ekspert Rusiya ilə münasibətlərdə Ankaranın maliyyə maraqlarının olduğunu istisna etməyib.


"Bu gün Rəcəb Tayyib Ərdoğanın şəxsən əsas lobbiçi və Rusiyanın Avropa İttifaqında maraqlarının təmsilçisi olduğunu görürük. O, ağıllı siyasətçidir, Rusiyanı qarşısına almaq istəməz. Ərdoğanın balkanlardakı çıxışı bunu bir daha təsdiq edir. Türkiyə vəziyyətin ona hansı formada maliyyə faydası gətirdiyini çox gözəl görür. Bu gün Avropanın qaz anbarları dolu deyil, çılğın qiymətə qaz alıblar. Bu isə çətinliklə qış üçün kifayət olacaq. Qərb Rusiyanın qədrini qışda anlayacaq. Rusiya qazından imtina etmək mümkün olmayacaq, o zaman Qərb üçün gec olacaq. Bu yolda Türkiyə Rusiyanın müttəfiqidir", - deyə rusiyalı politoloq Türkiyənin siyasi mövqeyini şərh 

reklam