Yetkinlik yaşına çatmayana siqaret satan şəxs cərimələndi
Gənclər və idman naziri kim olacaq? - Adlar, ehtimallar...
İlham Əliyev Gürcüstan baş nazirini qəbul etdi
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Əqli zəifliyi olan azyaşlı qızın cinsi istismarında polisin əli olub?- DİN-dən açıqlama
12.04.2021 16:47
Bölmə:Kriminal 127 dəfə oxunub

“Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq”. 

Versiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bələdiyyə üzvü Vəfa Nağının Neftçala rayonunda 16 yaşlı əqli zəifliyi olan qızın polis əməkdaşının təşkilatçılığı ilə cinsi istimara məruz qalması iddialarına cavab verərkən bildirib.

DİN rəsmisi qeyd edib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib:

“Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcəkdir. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra halkimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir”.

E.Hacıyevin sözlərinə görə, polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir:

“Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu müzakirə olunmayan gerçəklikdir”.

 

reklam