Yetkinlik yaşına çatmayana siqaret satan şəxs cərimələndi
Gənclər və idman naziri kim olacaq? - Adlar, ehtimallar...
İlham Əliyev Gürcüstan baş nazirini qəbul etdi
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir- Millət vəkili
14.04.2021 11:11
Bölmə:Gündəm 109 dəfə oxunub
"Son həftələr əksər ölkələrdə, o cümlədən Azərbaycanda virusa yoluxanların sayında artımlar müşahidə olunsa da dövlətlərin pandemiya ilə mübarizə tədbirlərdi bir-birindən fərqlənir. Ölkəmizdə pandemiya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən qadağalardan biri də həftəsonları ictimai nəqliyyatın işləməməsidir".
 
Versiya.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov həftəsonları ictimai nəqliyyatın işləməməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda həftəsonları ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur: "Bununla belə, xüsusən də şənbə günləri çalışanların bir qismi üçün həftəsonları ictimai nəqliyyatın işləməməsi xüsusi çətinliklər yaradır".
 
Millət vəkili qeyd edib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədə uyğun olardı: "Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur. Məsələn, həftəsonları ictimai nəqliyyatın gecəyarısınadək deyil, səhər saatlarından axşam 20.00-dək işləyə bilər. Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu həftəsonları müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər.
reklam