Yetkinlik yaşına çatmayana siqaret satan şəxs cərimələndi
Gənclər və idman naziri kim olacaq? - Adlar, ehtimallar...
İlham Əliyev Gürcüstan baş nazirini qəbul etdi
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Mirələmov əxlaqsız hərəkətinə görə qovulur- Rəsmi
22.04.2021 17:18
Bölmə:Xəbər 98 dəfə oxunub

Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.

Versiya.az xəbər verir ki, məsələ ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Unikal.org-a açıqlamasında Hüseynbala Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcəyini deyib:

"Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu, Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir.

Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır".

Redaksiyaya daxil olan məlumata görə, H.Mirələmovun YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən çıxarılacağı və ümumiyyətlə, partiyadan uzaqlaşdırılacağı gözlənilir.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin sabah keçiriləcək iclasında Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun məsələsinə baxılacaq.

Bu barədə partiyadan məlumat verilib.

reklam