Yetkinlik yaşına çatmayana siqaret satan şəxs cərimələndi
Gənclər və idman naziri kim olacaq? - Adlar, ehtimallar...
İlham Əliyev Gürcüstan baş nazirini qəbul etdi
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Meyitlər artıq küçələrdə yandırılır- Hindistanda
28.04.2021 11:52
Bölmə:Dünya 90 dəfə oxunub

"Hindistan ştammı ilk dəfə Hindistanın şərqi Benqaliya ştatında, Hindistan Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşları tərəfindən tapılıb. Müəyyən edilib ki, virusda ikili mutasiya əmələ gəlib və bunlar B.1.617 və B.1.618 mutasiyalarıdır. Bunun nəticəsində virusun genomunda olan arxitektonika nukleotid zəncirinin quruluşu xeyli dəyişib və virus yeni bir xassə alıb. İkiqat mutasiya nəticəsində virusun immunreaksiyadan yayınma qabiliyyəti var. Ola bilər ki, immunitetimiz bu virusa qarşı həssas olmasın".

Versiya.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, bu mutasiyalar çox təhlükəlidir:

“Hindistanda ölüm sayı gündəlik 3000 civarındadır və küçələrdə meyitlərin kütləvi yandırılması həyata keçirilir. Dünya bu yandırılmaların virusu yenidən aktivləşdirə biləcəyindən narahatdır. Ancaq bu belə deyil. Yüksək temperaturda viruslar dərhal deformasiya olur və öz aktivliyini itirərək məhv olur. Amma bu ekoloji problem yarada bilər, çünki Hindistan küçələrində meyitlərin yandırılması artıq ənənəvi bir hal alıb.

Bu gün artıq qeyd edilir ki, San Fransiskoda Stenford Universitetinin Klinik Virusologiya İnstitutunda da Hindistan ştammı müəyyən edilib. Rusiyada da olduğu güman edilir. Bu virus yayılarsa, bu, dördüncü dalğa hesab ediləcək. Bəzi alimlər bunu virusun ikiqat mutasiya olduğuna görə pandemiyanın yeni mərhələsi sayırlar. Hindistan ştammının hansı davranışlar sərgiləyəcəyi insanları çox narahat edir. Dünyanın belə bir çətinlik qarşısında qaldığı zamanda hesab edirəm ki, çox diqqətli və ehtiyatlı olmalıyıq. Artıq bütün ölkələrdə həm xeyli insan yorulub, həm də resurslar tükənib. Belə bir dalğa olsa, bu, böyük itkilər gətirəcək. Hər halda, koronavirusla bağlı verilən proqnozlar özünü doğrultmur və pandemiyanın bitmək ehtimalı yoxdur. Karantin qaydalarına əməl etmək çox vacibdir”.

reklam