Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
Gənc yazarın kitabı təqdim edildi
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş...
İlham Əliyevlə Putin arasında telefon danışığı - Mühüm müzakirə
23.06.2021 18:57
Bölmə:Siyasət 82 dəfə oxunub

Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Versiya.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının reallaşdırılmasının praktiki tərəfləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə üçtərəfli işçi qrupun fəaliyyətinin aktivləşdirilməsinə xüsusi diqqət yetirilib.

Həmçinin, ikitərəfli münasibətlərin gündəliyinə daxil olan məsələlər müzakirə olunub. Dövlət başçıları bundan sonra da Azərbaycan – Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsi niyyətində olduqlarını ifadə ediblər.

Bununla yanaşı, söhbət zamanı müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb./Oxu.az

reklam