Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
Gənc yazarın kitabı təqdim edildi
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş...
Azərbaycanlıların Xankəndi, Xocalı, Ağdərəyə qayıdışına hazırlıq gedir- Danışıqlardan yeni xəbər var
30.06.2021 11:51
Bölmə:Xəbər 420 dəfə oxunub

“Azərbaycanlı məcburi köçkünlərin hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və s. yaşayış məntəqələrinə, ev-eşiklərinə, yurd yerlərinə qayıdışı prosesinə hazırlıq gedir”.

Versiya.az xəbər verir ki, bunu tanınmış bloger, Milli.az xəbər portalının baş redaktoru Elçin Alıoğlu bildirib.


Jurnalistin sözlərinə görə Azərbaycanlı məcburi köçkünlərin dogma yerlərinə qayıdışı ilə bağlı BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı ilə zəruri prosedurlar çərçivəsində müzakirələr aparılır.

“Müzakirələr uğurludur. Sadəcə, bunu deyə bilərəm hələlik.

Vaxtilə Bakıda, Gəncədə, Sumqayıtda və s. məkanlarda yaşamış ermənilərin qayıdışı isə müzakirə mövzusu deyil”,-E.Alıoğlu bildirib. (Modern)

reklam