“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
Bu ordunun qarşısında heç kim dayana bilməzdi - Xaindrava
Siyasi partiya liderləri Şuşaya gedəcək
Türk dünyası birgə mübarizəyə başlayır
Bakıda sayt rəhbəri saxlanıldı
10.09.2021 10:22
Bölmə:Xəbər 123 dəfə oxunub

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Versiya.az xəbər verir ki, bu barədə adıçəkilən saytın redaksiyası sosial şəbəkələrdə açıqlama yayıb.

Məlumata görə, Mahir Xəttab Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Onun YAP-ın Binəqədi rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti üzrə istintaqa cəlb olunduğu deyilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə faktı təsdiqləyiblər.

Qurumdan bildiriblər ki, faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

reklam