Məşhur aktrisa Fatma Girik vəfat etdi
Cəbrayıl polisi əməliyyat keçirdi:- Bir nəfər saxlanıldı
Metroda soyğunçuluq: - Qadının telefonunu əlindən aldılar
Polis şöbəsindəki qətlə görə general-polkovnik orqandan qovuldu
Polis şöbəsindəki qətlə görə general-polkovnik orqandan qovuldu
14.01.2022 15:58
Bölmə:Kriminal 108 dəfə oxunub

Ötən il sentyabrın 30-da serjant İsmayıl Məmmədovun şöbədə arvadını güllələyib öldürməsinə görə rəsmi şəxslər cəzalandırılıb. 

Versiya.az Qafqazinfo-ya istinadən xəbər verir ki, arvadı Xanım Məmmədovanın şöbədə olduğu vaxt əri İ.Məmmədovu oraya çağıran Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Füzuli Qurbanovla bağlı qərar verilib. 

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə F.Qurbanov daxili işlər orqanlarında xidmətdən xaric edilib. 

Nazirin digər əmri ilə həmin şöbənin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevə şiddətli töhmət verilib.

Qeyd edək ki, İsmayıl Məmmədov şöbədə uşaqları ilə birgə təhqiqatçı Füzuli Qurbanovun otağında gözləyən arvadı Xanım Məmmədovaya xidməti silahından 15 dəfə atəş açaraq qətlə yetirib.

reklam