Minsk qrupunun məqsədi torpaqlarımızı əbədi işğal altında saxlamaq idi- Prezident
Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin! - TƏKLİF
İlham və Fərizə Sevgililər Günündə ziyarət olundu
Bakının bu ərazilərində su kəsiləcək
Bakıda şagirdlər arasında bıçaqlanma - DİN araşdırmalara BAŞLADI
19.05.2022 10:22
Bölmə:Kriminal 168 dəfə oxunub

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə 9-cu sinif şagirdləri arasında bıçaqlanma olub. 

Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

DİN rəsmisi qeyd edib ki, məlumatla bağlı müvafiq ekspertizalar təyin olunub:

"Şəxsi münasibətlər zəminində baş verən hadisədə xəsarət alan xəstəxanaya yerləşdirilib. Fakt üzrə araşdırma aparılır".

Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə şagirdlərin bir-birini bıçaqlaması barədə yayılan xəbərə aydınlıq gətirilib.

Məktəbdən Modern.az-a verilən açıqlamaya görə, VIIIa sinif şagirdinə (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) sanitar qovşaqda IXb sinif şagirdi tərəfindən ayaq və qol nahiyəsindən kəsici alətlə xəsarət yetirilib.

Dərhal təcili tibbi yardıma və polisə məlumat verilib. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

reklam