YAZARLAR
Şuşa Real Məktəbi belə olacaq - Video
23.05.2022 11:36
Bölmə:Təhsil 259 dəfə oxunub
23.05.2022 11:36
Bölmə:Təhsil 259 dəfə oxunub

Təhsil Nazirliyi bərpasına başlanılan Şuşa Real Məktəbinin necə görünəcəyi ilə bağlı video paylaşıb.
Bu barədə Nazirlikdən Versiya.az-a verilən məlumatda bildirilib.
Xatırladaq ki, Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
.png)