Minsk qrupunun məqsədi torpaqlarımızı əbədi işğal altında saxlamaq idi- Prezident
Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin! - TƏKLİF
İlham və Fərizə Sevgililər Günündə ziyarət olundu
Bakının bu ərazilərində su kəsiləcək
İcra başçısı və deputat şəhid övladlarını təbrik edib
02.06.2022 15:44
Bölmə:Sosial 1008 dəfə oxunub

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Milli Məclisin deputatı Anar Məmmədov 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə şəhid övladları ilə görüşüb.  

Versiya.az xəbər verir ki, görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, deputat Anar Məmmədov, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri və  onların övladları iştirak ediblər.  

İştirakçılar uşaqları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdıraraq ölkəmizdə uşaqlara dövlət qayğısının artıtılması sahəsində, eləcə də onların sosial və hüquqi müdafiəsi ilə bağlı mühüm qərarların  qəbul  edildiyini qeyd ediblər. 

Şəhid ailələri onlara və övladlarına Möhtərəm  Prezidentimiz cənab  İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın  göstərdikləri qayğıdan dnışaraq minnətdralıqlarını bildirblər. 

İcra baçısı və deputat tərəfindən uşaqlara bayram hədiyyələri təqdim olunub.

 

reklam