Minsk qrupunun məqsədi torpaqlarımızı əbədi işğal altında saxlamaq idi- Prezident
Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin! - TƏKLİF
İlham və Fərizə Sevgililər Günündə ziyarət olundu
Bakının bu ərazilərində su kəsiləcək
Ağalı kənd məktəbinə müəllimlər seçilib
20.06.2022 16:56
Bölmə:Təhsil 755 dəfə oxunub

Zəngilan rayonunun Ağalı kənd orta məktəbi ehtiyac üzrə fənn müəllimləri ilə təmin ediləcək. 

Bu barədə Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Qeyd edilib ki, məktəbdə digər ümumi təhsil müəssisələrində tədris edilən, yəni plana uyğun fənlər tədris olunacaq. Həmçinin, Ağalı məktəbinin birinci sinfinə şagird qəbulu prosesi 14 sentyabr tarixinə kimi davam edəcək. 

Yeni tədris ili ərəfəsində şagirdlərin sayı barədə dəqiq məlumat veriləcək. 

Qeyd edək ki, Ağalı kənd orta məktəbində dərslər ilk dəfə bu ilin sentyabrın 15-də başlayacaq. 

reklam