Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ermənilər “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başladlı
Paşinyan nazirləri təcili TOPLADI - Gündəm Qarabağdır
Ağalıya daha 727 nəfər köçürüləcək- RƏSMİ
Fermerlərə qışda Kəlbəcərdə qalmağa icazə veriləcək?- Rəsmi
30.06.2022 10:59
Bölmə:Sosial 1126 dəfə oxunub

Kəlbəcər rayonu vaxtilə ölkəmizdə heyvandarlığın inkişafında mühüm rol oynayıb. Uzun illər işğal altında qalan rayon azad olunduqdan qısa müddət sonra qoyunçuluq və arıçılıq təsərrüfatlarının bura köçürülməsinə başlanılıb. Köç prosesi ilkin olaraq pilot layihə çərçivəsində həyata keçirilir.

Mütəxəssislərin hesablamalarına görə, rayon üzrə 2025-ci ilədək 58,7 milyon manatlıq heyvandarlıq məhsulu istehsalı gözlənilir. Bu da ölkənin müvafiq istehsal miqyasında 1,4 faiz əlavə dəyər yaradacağı potensialından xəbər verir. 

Artıq 2 ildir ki, fermerlər iri və xırdabuynuzlu heyvanlarının otarılması üçün Kəlbəcərə köç edir, fəaliyyətlərini dağlar qoynunda davam etdirirlər. Kəlbəcərə köç hələlik yay mövsümünü əhatə edir. Bəs, fermerlərə qışda da Kəlbəcərdə qalmağa icazə veriləcəkmi?

 

 

Bu barədə Modern.az-a danışan Kəlbəcərin deputatı Aqil Məmmədov bildirib ki, ötən illə müqayisədə bu il Kəlbəcərə aparılan iri və xırdabuynuzlu heyvanların sayında artım müşahidə edilir. 

“Keçən ilə nisbətən bu il istər arı ailələrinin sayında, istərsə də iri və xırdabuynuzlu heyvanların sayında xeyli artım müşahidə olunur. Bu da Kəlbəcərdə fəaliyyətdə olan sahibkarlarımızın, fermerlərimizin işlərinin genişləndirilməsinə yaradılmış şəraitlə əlaqədardır. Ancaq gediş-gəliş çətindir. Həmçinin, qış aylarında orada iri və xırdabuynuzlu heyvanların saxlanması əvvəlcədən hazırlıq görülməsə, çətin olar”.

 

 

Deputat fermerlərin qışda Kəlbəcərdə qalmaları üçün ona müraciət etmədiklərini söyləyib:

 

“Bununla əlaqədar fermerlərimiz bizə müraciət etməyiblər. Müraciət etsələr, Kənd Təsərrüfatı Nazirliyi bu məsələyə aydınlıq gətirə bilər. Ümumiyyətlə, bir müddət sonra təsərrüfatı olanların mal-qaralarını orada saxlaması daha xeyirli ola bilər. Mal-qaranın payızda Arana gətirilməsi, yaz aylarında Kəlbəcərə aparılması çox çətindir.

 

Əvvəlcədən onların yeri, heyvanların necə saxlanması müəyyən ediləndən sonra bu işlərə baxmaq olar. Fermerlər özləri də bilir ki, ot və yem tədarükü görülməsə, qış aylarında mal-qaranın o ərazilərdə saxlanması sual altında qalar”.

 

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov isə bildirib ki, Kəlbəcərdəki yaylaqlar yay aylarında mal-qaranın otarılması üçün əlverişlidir. Onun sözlərinə görə, mövsümün müddəti avqust ayında başa çatır:

 

"Fermerlərə sentyabra qədər Kəlbəcərdə qalmağa icazə verilir. Sentyabr ayından sonra orada ot olmayacaq. Tutaq ki, biz onların qalmasına icazə verdik. Heyvanları nə ilə otaracaqlar? Orada bu mümkün deyil. Bu səbəbdən sentyabr ayına qədər icazə verilib. Fermerlər sentyabra kimi qalıb, sonra Arana qayıdacaqlar".

reklam