Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ermənilər “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başladlı
Paşinyan nazirləri təcili TOPLADI - Gündəm Qarabağdır
Ağalıya daha 727 nəfər köçürüləcək- RƏSMİ
İran mediası erməni mövqeyini əks etdirir
04.08.2022 10:25
Bölmə:Xəbər 56 dəfə oxunub

Azərbaycan Ordusunun "Qisas" anti-terror əməliyyatına başlamasından dərhal sonra İran mediası yenə ermənilərin mövqeyini əks etdirməyə, "Qarabağ"ı müstəqil bölgə kimi qələmə verməyə başlayıb.

Versiya.az xəbər verir ki, SEPAH-a bağlı "Fars" xəbər agentliyi və sosial şəbəkələri "Azərbaycan Dağlıq Qarabağın bir neçə bölgəsini tutduğunu iddia edir" başlıqlı məlumat yayıb.

Xüsusilə SEPAH-ın sosial şəbəkə hesablarında Azərbaycan Respublikası "Şimali əyalət" adlandırılıb və Azərbaycanın İranın şimal əyaləti olduğuna eyham vurulub.

 "Dağlıq Qarabağ bölgəsinin Müdafiə Nazirliyi yaydığı bəyanatda atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində Artsax ordusunun 7 hərbçisinin yaralandığını açıqlayıb"-, SEPAH saytı atəşkəsin Azərbaycan tərəfdən pozulduğu fikrini təlqin etməyə çalışıb.

SEPAH-ın telegram kanalı 6 saniyəlik video yayaraq İran ordusunun Azərbaycanla sərhədə ağır hərbi texnika daşıdığını iddia edib. İddia ilə bağlı Tehran açıqlama verməyib və rəsmi dövlət saytları münasibət bildirməyib.

reklam