Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Memorandum strateji əhəmiyyət daşıyır
Goranboyda ağır qəza - Ana öldü, oğlu yaralandı
İlham Əliyev Emoməli Rəhmona zəng etdi
Yoluxma kəskin azaldı
Güneyli xanım fəala 4 il 4 ay həbs cəzası verildi
20.09.2022 13:45
Bölmə:Güney xəbərləri 117 dəfə oxunub

Tehranın "Əllamə Təbatəbayi" Universitetinin jurnalistika fakültəsinin öyrəncisi, azərbaycanlı gənc fəal Məleykə Qaragözlü Tehran İnqilab Məhkəməsi tərəfindən 4 il 4 ay həbs cəzasına məhkum edilib.

Versiya.az xəbər verir ki, həbslə bağlı fəal barəsində çıxarılan qərarın ən azı 3 il 8 ayının mütləq icra edilməsinin vacibliyi, həbs müddəti bitdikdən sonra ictimai fəaliyyətlərinin qadağan edildiyi qeyd olunub.

Bununla yanaşı, Məleykə Qaragözlünün ictimai, siyasi təşkilatlara üzv olması və iki il müddətinə sosial media fəaliyyətlərinə, ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Xatırladaq ki, Məleykə Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik orqanları tərəfindən həbs edilib.

O, bundan öncə 2019-cu il oktyabrın 18-də Tehran Universitetinin qarşısında keçirilən etiraz aksiyaları zamanı da saxlanılıb və 6 ay həbs cəzasına məhkum edilərək Evin zindanına köçürülüb.

reklam