Ermənipərəst senator Bob Menendez ABŞ Senatından uzaqlaşdırıla bilər

Tarix: 23-07-2024 09:33 | Bölmə: Dünya / Manşet | Baxış: 527

Ermənipərəst senator Bob Menendez ABŞ Senatından uzaqlaşdırıla bilər

ABŞ Senatının İntizam Komitəsi ermənipərəst senator Bob Menendezin Senatdan uzaqlaşdırılması ilə bağlı proses başladıb.

Versiya.az-ın məlumatına görə, komitə rüşvətlə bağlı məhkəmə qərarından sonra onun barəsində daxili təhqiqat aparılmasına dair yekdilliklə qərar qəbul edilib. Komitənin yaydığı məlumata görə, məhkəmənin qərarı Menendezin qanunları və Senatın qaydalarını pozmasını araşdırmaq üçün əsas yaradır.

Bildirilir ki, məhkəmə prosesi tam yekunlaşdıqdan sonra komitə intizam qaydalarının icrası üçün Senata məsələ ilə bağlı araşdırma və tövsiyələri əks etdirən hesabat təqdim edəcək. Səsvermədən sonra Demokratlar Partiyasından olan senator Bob Menendezin istefa verməsi ilə bağlı təzyiqlərin artacağı gözlənilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Nyu-York məhkəməsi amerikalı ermənipərəst senator Bob Menendezi rüşvətxorluq, maliyyə fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib. Bu işdə senatorun həyat yoldaşı, erməni əsilli Nadine Menendez də ittiham olunub. Lakin onun məhkəməsi xəstəliyi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Bob Menendez Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi müttəhim kürsüsünə çıxarılan ilk senatordur. Bu, Menendezin Senatın üzvü olduğu təxminən 20 il ərzində onun korrupsiya ittihamı ilə üzləşdiyi ikinci federal cinayət işidir. Əvvəlki məhkəmə istintaqı hakim heyətinin hökm çıxara bilməməsi səbəbindən yalnız araşdırma ilə nəticələnib.

Senator bu ilin iyununda Nyu-Cersi ştatından müstəqil namizəd kimi seçkilərdə iştirak etmək barədə müraciət edib.


Xəbəri paylaş
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar