Sürücülük vəsiqəsini yeni alan tələbə piyadanı vurub öldürdü

Tarix: 19-09-2024 10:52 | Bölmə: Kriminal / - | Baxış: 70

Sürücülük vəsiqəsini yeni alan tələbə piyadanı vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Versiya.az "qafqazinfo"ya istinadən xəbər verir ki, paytaxt sakini, 2006-cı il təvəllüdlü Ayaz Sultanov Mərdəkan qəsəbəsində idarə etdiyi “Audi A6” markalı avtomobillə yolu keçən 52 yaşlı Kəklik Əliyevanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb.

Bildirilir ki, hadisəni törədən gənc Bakıdakı universitetlərdən birinin 2-ci kurs tələbəsidir. O, sürücülük vəsiqəsini yeni alıbmış.


Xəbəri paylaş