Tarix: 24-12-2024 12:26 | Bölmə: Dünya / - | Baxış: 13
Ermənistan hakimiyyəti ABŞ-dan keçmiş müdafiə naziri Vigen Sərkisyanın Massaçusetsdəki malikanəsinə həbs qoymağı xahiş edib.
Versiya.az xəbər verir ki, bu barədə erməni prokuror Saşik Avetisyan məlumat verib.
“Çirkli pulların yuyulmasında ittiham olunan Vigen Sərkisyanın ABŞ-da qanunsuz yolla əldə etdiyi vəsaitlə malikanə aldığını nəzərə alaraq, müstəntiqin qərarı ilə İrəvan məhkəməsi tərəfindən əmlaka həbs qoyulub”, - o bildirib.
Qarşılıqlı hüquqi yardım çərçivəsində əmlakın üzərinə həbs qoyulması ilə bağlı sorğu da ABŞ hakimiyyətinə göndərilib.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan Baş Prokurorluğu keçmiş müdafiə naziri Vigen Sərkisyana qarşı qiyabi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətə külli miqdarda ziyan vurma maddəsi ilə cinayət işi başlatmışdı. O, Ermənistanda axtarışa verilib və ilkin məlumatlara görə, ABŞ-da yaşayır.