Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
Gəncə qırğınında 26 mülki şəxs həlak olub
11.10.2021 14:38
Bölmə:Xəbər 34 dəfə oxunub

Azərbaycan Respublikasının Baş Prokurorluğu İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin sülh və insanlıq əleyhinə cinayətlər törədərək, Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncəni raket atəşinə tutmasının birinci ildönümü ilə bağlı məlumat yayıb.

Versiya.az xəbər verir ki, Baş Prokurorluğun məlumatında ötən il oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində 26 mülki şəxsin həlak olduğu, 175 nəfərin isə xəsarət aldığı bildirilib.

“Təqsirkar şəxslərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunmasından ötrü lazımi tədbirlərin görülməsi davam etdirilir. Gəncə şəhərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində həlak olmuş soydaşlarımızı hörmətlə anırıq”, - deyə Baş Prokurorluğun məlumatında qeyd edilib.

reklam