Minsk qrupunun məqsədi torpaqlarımızı əbədi işğal altında saxlamaq idi- Prezident
Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin! - TƏKLİF
İlham və Fərizə Sevgililər Günündə ziyarət olundu
Bakının bu ərazilərində su kəsiləcək
Azərbaycanda meymunçiçəyi aşkarlanıb?- Rəsmi açıqlama
16.06.2022 11:23
Bölmə:Sosial 802 dəfə oxunub

Səhiyyə Nazirliyi Azərbaycanda meymunçiçəyinin aşkarlanması ilə bağlı iddiaları cavablandırıb. 

Versiya.az xəbər verir ki, nazirliyin yaydığı açıqlamada hazırda yoluxma faktının aşkarlanmadığı bildirilir: “Bəzi sosial şəbəkələrdə və mətbuatda qeyd olunan ehtimallara cavab olaraq bildiririk ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Yoluxma faktı aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”. 

Qeyd edək ki, meymunçiçəyi nadir virus infeksiyasıdır və insanlar arasında da ötürülə bilər. Adətən bu xəstəlik yüngül keçir, xəstələrin əksəriyyəti bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verir.

İlkin simptomlara qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, şişkin limfa düyünləri, titrəmə və taqətsizlik aiddir. Çox vaxt üzdə başlayan və sonra bədənin digər hissələrinə yayılan bir səpki baş verə bilər. Suçiçəyi və meymunçiçəyinin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqə gəldikdə isə meymunçiçəyi xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir.

Xatırladaq ki, ÜST dünyanın 30-a yaxın ölkəsində meymunçiçəyinə yoluxma barədə məlumat yayıb. Qonşu Gürcüstanda da bu virusa yoluxma faktı qeydə alınıb.(“Qafqazinfo”)

reklam