Tarix: 27-12-2024 11:08 | Bölmə: - / İqtisadiyyat | Baxış: 25
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənmiş "2025-ci il dövlət büdcəsi haqqında" qanunda iğaldan azad edilmiş bölgələrdə yaradılan Bərpa, Tikinti və İdarəetmə xidmətlərinə ayrılan vəsaitin həcmi məlum olub.
Versiya.az-ın büdcə qaniuna istinadən verdiyi məlumata görə, gələn il Bərpa, Tikinti və İdarəetmə xidmətlərinə ayrılan vəsait aşağıdakı kimi müəyyən olunub:
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs - 9 552 590.0 manat;
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs - 6 900 290.0 manat;
“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs - 4 889 900.0;
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs - 13 586 720.0;
“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs - 4 889 435.0.