Paşinyan da Azərbaycana başsağlığı verdi

Tarix: 25-12-2024 13:44 | Bölmə: Xəbər / - | Baxış: 14

Paşinyan da Azərbaycana başsağlığı verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Versiya.az-ın məlumatına görə, o, bu barədə özünün sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.


Xəbəri paylaş