Qarabağdan qaçan generalın kürəkəni intihar etdi

Tarix: 10-09-2024 11:13 | Bölmə: Xəbər / - | Baxış: 35

Qarabağdan qaçan generalın kürəkəni intihar etdi

Qarabağdan qovulmuş qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Arşavir Karamyanın kürəkəni, biznesmen Loris Yeqoyan intihar edib.

Versiya.az “Hraparak”a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, sentyabrın 9-da 38 yaşlı Loris Yeqoyan evində tapılıb. Meyitdə  güllə yarası aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsi və 335-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

İlkin məlumata görə, həmin gün saat 10:00 radələrində Loris Yeqoyan hamamda “Beretta” tapançası ilə intihar edib.

Meyitin xarici müayinəsi aparılıb, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.

İstintaq davam edir./Modern.az


Xəbəri paylaş