“Özünü öldürmə hadisələri 80 faiz azalıb”

Tarix: 29-10-2024 15:50 | Bölmə: Kriminal | Baxış: 68

ozunu-oldurme-hadiseleri-80-faiz-azalib

“2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə Azərbaycanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 80 faiz azalıb”​.

Versiya.az xəbər verir ki, bunu baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsində deyib.

X.Vəliyev vurğulayıb ki, 2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb.


Xəbəri paylaş