Baş nazir qərar imzaladı

Tarix: 20-11-2024 17:23 | Bölmə: Xəbər / - | Baxış: 8

bas-nazir-qerar-imzaladi

İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydalarında dəyişiklik edilib.

Versiya.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın 7-ci hissəsi (Eşitmə, görmə qabiliyyəti tam məhdud olan, görmə qabiliyyəti 40 faizdən az olan uşaqların təhsili sağlam uşaqlarla birlikdə təşkil edilə bilməz) ləğv edilir.


Xəbəri paylaş