Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verdi

Tarix: 16-11-2024 16:29 | Bölmə: Xəbər / - / Manşet | Baxış: 18

Prezident İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyib Həzrətlərinə başsağlığı verib.

Versiya.az başsağlığın mətnini təqdim edir:

“Zati-həzrətləri, Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”


Xəbəri paylaş