“Gedin, bu ölkəni öz gözünüzlə görün!”

Tarix: 07-06-2024 10:38 | Bölmə: Siyasət / - | Baxış: 729

gedin-bu-olkeni-oz-gozunuzle-gorun

Yeni Polineziyanın nümayəndə heyəti Azərbaycana səfərlə bağlı fransız jurnalistlərin suallarının cavabsız qoymadı

Ötən ay Azərbaycanda səfərdə olmuş Yeni Polineziyanın nümayəndə heyətinin üzvləri vətənə döndükdən sonra fransız jurnalistlərin suallarını cavablandırıblar. 

Versiya.az xəbər verir ki, Tavini partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu səfərin məqsədlərindən danışarkən bildirib ki, bu, Azərbaycana ilk səfər deyildi.

Bakı Təşəbbüs Qrupu ilə daim əlaqələrin olduğunu xatırladan Baş katib fransız jurnalistlərin bəzi təxribatçı sualları ilə də üzləşib.

Azərbaycanda “totalitar rejim”in olduğunu iddia edən jurnalistin “belə bir ölkə ilə əlaqələrin qurulmasını necə qiymətləndirirsiniz? Siz Bakını dəstəkləyirsiniz?” sualına Viktor Maamaatuaiahutapu belə cavab verib: “Biz Bakını deyil, Bakı bizi dəstəkləyir. Biz əlbəttə bilirik ki, Fransa-Azərbaycan arasında müəyyən gərginliyin var. Ancaq bu, bizim məsələmiz deyil. Azərbaycan haqqında yazılanlar, xüsusilə də Fransa mətbuatında yazılanlar reallığı əks etdirmir. Ora sadəcə səfər etmək lazımdır ki, əsl həqiqəti görəsiniz”.

Baş katib əlavə edib ki, onların BMT səviyyəsində Bakının dəstəyinə ehtiyacı var, “çünki Azərbaycan Qoşulmama Hərəkatının bir hissəsidir”. 

Onun sözlərinə görə, BMT bu məsələdə çox passivdir: “Artıq 11 ildir ki, gözləyirik. Biz özünü idarəetməli ölkələr siyasında olmaqla heç nəyə nail olmamışıq. Bu iş uzun illərdir davam edir. Fransa özü BMT üzvü olsa da, onun heç bir qətnaməsinə əməl etmir”. 

“BMT-nin institutları ilə işləməyin heç bir nəticə vermədiyini deyirsiniz. Ancaq Fransa müxtəlif sahələrə - səhiyyə, iqtisadiyyat və təhsilə milyonlar ayırıb.

Bunları inkar etmək olmaz” sualına cənab Maamaatuaiahutapu belə cavab verib: “Ölkəmizə fikir verin, ölkə səfil vəziyyətdədir. Xalq səfalət içindədir. Problemimiz də buradadır ki, həqiqəti görmürük. Nüvə sınaqlarından sonra ölkə hansı vəziyyətdədir, görürsünüz?»

Jurnalistin “Bakı Təşəbbüs Qrupunun sizi qarşılması ilə bağlı video paylaşmısız” replikasına cavabında Baş katib Bakıda çox xoş qarşılandıqlarını deyib: “Bizim proqramımız o qədər sıx idi ki, nəfəs almağa vaxtımız olmadı. Hər getdiyimiz yerdə təəcüblənirdik, çünki burada mediada Azərbaycan haqqında tamam fərqli fikirlər səslənir. Bizi heç bir polis müşayiət etmədi, gördüyünüz kimi sağ-salamat gəlib çıxmışıq”. 

“Azərbaycana səfəri kim maliyyələşdirir?” sualına cavabında  Viktor Maamaatuaiahutapu bildirib ki, dəvət Bakı Təşəbbüs Qrupundan gəlib və səfərin də məhz BTQ maliyyələşdirib.

Fransız jurnalistlər Azərbaycanda “cinsi azlıqların təqib və həbs olunması” haqda da maraqlanıblar.

Cənab Maamaatuaiahutapu bildirib ki, bu haqda məlumatı yoxdur: “Amma dövlət onları həbs edib həbsxanlarda pul xərcləməkdənsə, o pulları azad olunmuş torpaqlarda minalardan təmizlənənməyə istifadə etməyi daha üstün tutur. Ümumiyyətlə, Azərbaycana getməyi sizə məsləhət görürəm. Ora Fransız mediasının yazdığı kimi deyil”. 

“Azərbaycanda mətbuat azadlığı olmadığı deyilir” sualına isə Baş katib belə cavab verib: «Biz Medianın inkişafı agentliyində olduq, səfər zamanı dövlət və özəl medianın nümayəndələrinə müsahibələr verdik. Hər iki tərəfin jurnalistlərinin işinə necə ciddi yanaşdıqlarını, işin mahiyyətini başa düşdüklərinin şahidi olduq”. 

Tavini partiyasının Baş katibi Bakı şəhəri və ümumilikdə Azərbaycan haqda təəssüratlarını da bölüşüb: “Paytaxt Bakı cavan və təmiz şəhərdir. Diqqətimizi bir neçə məqam çəkdi - şəhərdə səfil adama rast gəlmədik. İşləməyən ailə üzvünü bayıra atmaq, sahiblənməmək azərbaycanlıların ailə dəyərlərinə ziddir. Ailə mütləq o şəxsə sahib çıxacaq, qayğısına qalacaq. Digər məsələ ondan ibarətdir ki, mədəniyyətlərimiz oxşardır. Baxmayaraq ki, onlar da fars, rus müstəmləkəsi olublar, ancaq öz mədəniyyətini qoruyub saxlayıblar, çox zəngin mədəniyyətləri və tarixləri var. Sadəcə, bu ölkəni gərək gözünüzlə görəsiniz. Onlar jurnalistləri dəvət edirlər, gedin öz gözlərinizlə görün”./“Qafqazinfo” 




Xəbəri paylaş
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar
10:30 04-09-2024
Füzulidə ilk - Fotolar