Tarix: 06-01-2025 12:23 | Bölmə: Xəbər / - | Baxış: 24
Qırğızıstanda metapnevmovirusa (HMPV) iki yoluxma halı qeydə alınıb.
Versiya.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, hazırda ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma müşahidə edilir.
Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə qrip, kəskin respirator virus infeksiyaları və COVID-19 üzrə epidemioloji vəziyyətin monitorinqi və qiymətləndirilməsi davam etdirilir.
Qeyd edək ki, metapnevmovirus infeksiyası sürətli gedişi ilə xarakterizə olunan kəskin respirator infeksiyadır. İlk dəfə 1968-ci ilin iyulunda Honq-Konqda qeydə alınıb. Əsasən hava damcıları və daha az dərəcədə məişət təmasları ilə ötürülür. İnfeksiyanın əsas əlamətləri öskürək, burun axması, nəfəs darlığı, qızdırma, baş ağrısıdır.