Paşinyan delimitasiyanın niyə şimaldan başladığına cavab verdi

Tarix: 23-01-2025 10:05 | Bölmə: - / Dünya | Baxış: 22

Paşinyan delimitasiyanın niyə şimaldan başladığına cavab verdi

Xəbər verildiyi kimi, yanvarın 16-da Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mher Qriqoryanın sədrlik etdikləri dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib.

Görüş zamanı Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib. Dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimaldan cənuba aparılması barədə razılığa gəlinib.

Hələlik delimitasiya işlərinin həyata keçiriləcəyi konkret ərazi adı çəkilməyib.

Bununla belə, Ermənistanda müxalifət və revanşistlər delimitasiyanın şimaldan cənuba doğru aparılmasının təhlükəli olacağı barədə hay-küy qaldırıblar. 

Versiya.az xəbər verir ki, Ermənistanınm baş naziri Nikol Paşinyan müxalifətin qaldırdığı məsələyə toxunub: sərhədin delimitasiyası niyə şimaldan həyata keçirilir?

“Mən bir dəfə demişdim ki, Ermənistan Respublikasının dövlət sərhədinin elə bir hissəsi olmayacaq ki, biz onu delimitasiya etməyək.

Ermənistanın bütün sərhədləri Ermənistanın sərhəd rayonlarıdır. Şimal hissəyə gəlincə, bizim artıq bu sektorda delimitasiya olunmuş ərazimiz var. Kirants sahəsində delimitasiya aparılıb. Təhlükəsizliyin təminatı olan delimitasiya edilmiş ərazilərimiz var. Biz bu bölmələri monolit, inteqral etmək istəyirik ki, onlar seqmentli olmasın, yəni Berkaberdən Kirantsa, Bağanisdən Cucevana qədər...".

Paşinyan deyib ki, delimitasiyanın həmin ərazilərdən cənuba doğru davam etdirmək daha məntiqlidir.


Xəbəri paylaş
09:39 07-02-2025
Xəzərdə zəlzələ oldu
15:05 06-02-2025
Yollar buz bağlayacaq
09:39 07-02-2025
Xəzərdə zəlzələ oldu
15:05 06-02-2025
Yollar buz bağlayacaq
09:39 07-02-2025
Xəzərdə zəlzələ oldu
15:05 06-02-2025
Yollar buz bağlayacaq
09:39 07-02-2025
Xəzərdə zəlzələ oldu
15:05 06-02-2025
Yollar buz bağlayacaq
09:39 07-02-2025
Xəzərdə zəlzələ oldu
15:05 06-02-2025
Yollar buz bağlayacaq
09:39 07-02-2025
Xəzərdə zəlzələ oldu
15:05 06-02-2025
Yollar buz bağlayacaq
09:39 07-02-2025
Xəzərdə zəlzələ oldu
15:05 06-02-2025
Yollar buz bağlayacaq
09:39 07-02-2025
Xəzərdə zəlzələ oldu
15:05 06-02-2025
Yollar buz bağlayacaq
09:39 07-02-2025
Xəzərdə zəlzələ oldu
15:05 06-02-2025
Yollar buz bağlayacaq
09:39 07-02-2025
Xəzərdə zəlzələ oldu
15:05 06-02-2025
Yollar buz bağlayacaq